yaşa dolmuş (yetkin)

of age на возрасте
yaşa dolmaq
Yaşayarıq - görərik.
OBASTAN VİKİ
Dolmuş
Dolmuş (pronounced [doɫmuʃ]) — şəxsi nəqliyyat və ənənəvi avtobus nəqliyyatı arasında bir nöqtəyə düşən, ümumiyyətlə avtobuslar kimi müəyyən bir marşruta sahib olan, lakin avtobuslara əlavə olaraq sərnişinləri düşürmək və mindirmək üçün hər yerdə dayanma qabiliyyətinə malik olan, gediş və gəliş vaxtları qeyri-müəyyən nəqliyyat növü. Dolmuşlar standart 4 yerlik avtomobillərdən mikroavtobuslara qədər müxtəlif ölçülərdə ola bilərlər. Dolmuş nəqliyyatı ilk dəfə İstanbulda sıx immiqrasiya ilə sürətli bir əhalinin artdığı və şəhərin ərazi olaraq böyüdüyü bir dövrdə başlamışdır. Dövlətin nəqliyyat sərmayələrinin qeyri-kafi olması və şəhərdə avtobus və tramvay nəqliyyatını təmin edən IETT-nin imkansızlığı nəticəsində, xalqın özünün tapdığı nəqliyyat həllidir. Əvvəllər avtomobillərin, vaxt ötdükcə mikroavtobusların da istifadə olunduğu dolmuş nəqliyyatında yola düşməzdən əvvəl bütün oturacaqların doldurulması və vasitə tamamilə dolana qədər nəqliyyat vasitəsinin yola düşməməsi gözlənilirdi. Bu səbəbdən istifadə edilən vasitələrə dolmuş deyilmişdir.
Yetkin dərə
Yetkin dərə (rus. зрелая долина, ing. mature valley) — tarazlıq profili yaranmış geniş, terraslaşmış, çay dərəsi.
Yaşa, qızıl balıq (film, 1988)
Yaşa, qızıl balıq — Natiq Rəsulzadənin ssenarisi əsasında Nicat Feyzullayevin filmi. == Məzmun == Laqeydlik — bu, bizim narahat dövrümüzün əsas bəlasıdır. Və onunla mübarizə hər birimizin vətəndaşlıq borcudur. Film tamaşaçıları öz həyat mövqeyi üzərində düşünməyə məcbur edir. Kinolent insan və təbiət, onların qarşılıqlı əlaqəsi, insanın zəngin mənəviyyatı və əxlaqi kamilliyi haqqındadır. Avtobusdakı bəzi sərnişinlər can verən "qızıl balığı" qurtamaq üçün əllərindən gələni edir, bəziləri isə buna biganə yanaşır. Hadisələr kiçik bir avtobusda baş versə də əslində bu, böyük bir cəmiyyəti əhatə edir. Həmin cəmiyyətdə laqeydlər də çoxdur, zəngin mənəviyyatı olanlar da. == Film haqqında == Filmdə çəkilmək üçün beş "qızıl balıq" alınmışdır. Ancaq əvvəldən axıra qədər təkcə "Ağabala" ləqəbli balıqdan istifadə olunmuşdur.
Yaşa və ölməyə imkan ver (film, 1973)
Yaşa və ölməyə imkan ver (ing. Live and Let Die) — 1973-cü ildə Qay Hamilton tərəfindən çəkilən detektiv filmi . == Film haqqında == Film Yan Fleminqin eyniadlı romanı əsasında çəkilmişdir. Film Britaniya superagenti Ceyms Bond haqqında səkkizinci filmdir. Filmdə kinoaktyor Rocer Mur ilk dəfə Ceyms Bond obrazını canlandırmışdır. == Mükafatları == Film 1974-cü ildə "Live and Let Die" bəstəsinə (Pol Makkartni və Wings tərəfindən) görə Oskar mükafatı nominasiyasının "Ən yaxşı mahnı" kateqoriyasına layiq görülmüşdür.